Benzema 1/4 final matçını buraxacaq
02.02.2022 - 23:29
Benzema 1/4 final matçını buraxacaq

“Real”ın hücumçusu Kərim Benzema İspaniya Kral Kubokunun 1/4 final mərhələsində “Atletik”lə oyunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bunu madridlilərin baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

Çalışdırıcı fransalı forvardın zədədən əziyyət çəkdiyini və bu üzdən onu riskə atmayacaqlarını bildirib: “Biz risk etməyəcəyik. Çünki bu, Çempionlar Liqasının finalı deyil. Benzema oynamırsa, deməli hazır deyil. Bunun Çempionlar Liqasında PSJ ilə keçiriləcək matçla bağlı heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, “Atletik” – “Real” oyunu sabah keçiriləcək.