“Real”ın hücumçusu Kərim Benzemanın AVRO-2020-də Fransa millisinə qayıtmaq arzusu baş tutmayacaq.
Apasport.az saytının məlumatına görə, dünya çempionunun baş məşqçisi Didye Deşam heyətlə bağlı ciddi dəyişiklik olmayacağını açıqlayıb.
Təcrübəli mütəxəssis Benzema ilə bağlı suala cavabında sürprizə hazırlaşmadığını söyləyib: “Mən sürprizlər etmək üçün burada çalışmıram. Şaxta baba deyiləm”.
Deşam həmçinin qitə birinciliyinin favoritlərini də açıqlayıb. O, 6 komandanı digərlərindən fərqləndirib: “Almaniya, İtaliya, İspaniya, Niderland, Portuqaliya və İngiltərə favoritlər sırasında olan komandalardır. Bu yığmalar turnirin qalibi ola bilərlər”.
Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində Bakı da daxil olmaqla 11 müxtəlif şəhərdə keçiriləcək.
Benzemanın ümidini puç etdi – AVRO-2020 öncəsi
13.05.2021 - 10:26
0
0