Berluskoni koronavirusa yoluxdu - yüksək risk kateqoriyasındadır
02.09.2020 - 22:20
Berluskoni koronavirusa yoluxdu - yüksək risk kateqoriyasındadır

"Milan"ın sabiq prezidenti Silvio Berluskoni koronavirus pandemiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi məlumat yayıb.

O bildirib ki, özünü narahat hiss edən İtaliyanın keçmiş baş nazirinin koronavirus testi pozitiv çıxıb. Sentyabrın 29-da 84 yaşını qeyd edəcək Berluskoni yüksək risk kateqoriyasına aid edilib.

Qeyd edək ki, Silvio Berluskoni 30 ildən çox "Milan"ın prezidenti olub. Onun hazırkı klubu "Montsa" B seriyasında çıxış edir.