“Çelsi”nin qapıçısı Eduard Mendi etibarlı çıxışı ilə bu mövüsüm komandasının Çempionlar Liqasının (ÇL) finalına qədər irəliləməsində böyük rol oynayıb.
Apasport.az saytının məlumatına görə, 80 milyon avroluq transfer Kepa Arrizabalaqanı ehtiyata göndərən seneqallı qolkiper ÇL-də meydana çıxdığı 11 matçın 8-də qapısının toxunulmazlığını qorumağı bacarıb.
Mendi final qarşılaşmasında da qol buraxmasa, Çempionlar Liqasının bir mövsümündə ən çox görüşü quru hesabla tamamlayan 4 qapıçıdan biri kimi tarixə düşəcək.
ÇL-də bir mövsümdə rəqib oyunçularına ən çox keçid verməyən qolkiperlər bunlardır:
1-3. Keylor Navas (“Real”) - 9 oyun
1-3. Santyaqo Kanizares (“Valensiya”) – 9
1-3. Sebastiano Rossi (“Milan”) – 9
4-9. Canluici Buffon (“Yuventus”) – 8
4-9. Viktor Valdes (“Barselona”) – 8
4-9. Dida (“Milan”) – 8
4-9. Oliver Kan (“Bavariya”) – 8
4-9. Van der Sar (“Ayaks”) – 8 (2 dəfə)
4-9. Eduard Mendi (“Çelsi”) - 8