İngiltərə Premyer Liqasının açılış turunda “Mançester Yunayted”in “Lids” üzərindəki 5:1 hesablı qələbəsinin qəhrəmanı het-trikə imza atan Bruno Fernandeş seçilib.
Apasport.az saytının məlumatına görə, qarşılaşmada 4 qolun məhsuldar ötürməsini verən Pol Poqbanın bu qalibiyyətdə əməyi ən azı portuqaliyalı qədər var idi.
Fransalı yarımmüdafiəçi 4 assist edərək Premyer Liqa rekordunu təkrarlayıb. Poqba İngiltərə çempionatında bir görüşdə 4 məhsuldar ötürmə verən 7 oyunçudan biri olmağı bacarıb.
Bəs Premyer Liqa tarixində bir qarşılaşmada komandasının 4 qolunun ötürməsini verən digər oyunçular kimlərdir?
Pol Poqba (“Mançester Yunayted”)
2021/22 mövsümü: “Lids”lə matçda

Harri Keyn (“Tottenhem”)
2020/21: “Sauthempton”

Santi Kazorla (“Arsenal”)
2012/13: “Viqan”

Emmanuel Adebayor (“Tottenhem”)
2011/12: “Nyukasl”

Sesk Fabreqas (“Arsenal”)
2009/10: “Bləkbörn”

Xose Antonio Reyes (“Arsenal”)
2005/06: “Midlsbro”

Dennis Berqkamp (“Arsenal”)
1998/99: “Lester”

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU