Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün bombardiri bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu mükafata “Neftçi”nin futbolçusu Namiq Ələsgərov yiyələnib.
O, cari mövsümdə 19 qol vurub. Namiq buna 26 matçda nail olub.
Mövsümün son turunun “Neftçi” – “Qarabağ” görüşündə Mahir Emrelinin ona çatmaq imkanı olsa da, forvard fərqlənə bilməyib. Aktivində 18 qol olan Mahir 2-ci sırada qalıb.
Emreli zədələnərək meydanı tərk etdikdən sonra Ələsgərovun mükafat alacağına şübhə qalmayıb. Digər izləyicilər çox geri qaldığından Namiq fərdi mükafata sahib çıxıb.
Qeyd edək ki, hazırda davam edən görüşdə hesab açılmayıb.