Braziliyadan rekord
02.02.2022 - 11:07
Braziliyadan rekord

Braziliya yığması dünya çempionatlarının seçmə mərhələlərindəki məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, “pentakampeonlar” KONMEBOL zonası üzrə seçmə mərhələnin XVI turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.

Bununla da məğlubiyyətsizliyi 32-yə yüksəldən sambaçılar Cənubi Amerika rekorduna imza atıb. Əvvəlki rekord da Braziliyaya məxsus idi. Onlar 1993-cü ildə rəsmiləşən seriya zamanı 31 görüşdə uduzmayıb.

Qeyd edək ki, dünya rekordu İspaniyaya məxsusdur. 1993-2021-ci illərdə İspaniya dünya çempionatının 66 seçmə matçında məğlub olmayıb.