Braziliyalı müdafiəçini aldı – “Beşiktaş”
13.08.2020 - 17:42
“Alanyaspor”un futbolçusu Velinton komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, braziliyalı mərkəz müdafiəçisi karyerasını “Beşiktaş”da davam etdirəcək.
31 yaşlı oyunçu “ağ-qaralar”la artıq hərtərəfli anlaşma əldə edib. Razılığa əsasən, Velinton İstanbul təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq. “Sambaçı” bu gün yeni komandasının axşam məşqinə qoşulacaq.
Qeyd edək ki, “Flamenqo”nun yetirməsi olan Velinton 2017-ci ildən “Alanyaspor”da çıxış edib.
0
0