Bundesliqanın tarixinə düşdü - Levandovski
24.10.2020 - 22:39
Bundesliqanın tarixinə düşdü - Levandovski

“Bavariya”nın futbolçusu  Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
 
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb.
 
İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna V turun “Ayntraxt”la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.
 
Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç nəfər daha çox het-trik edib.
 
Əfsanəvi Herd Müller əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində 12 het-trik var ki, Robertin onlara çatması üçün çox gözləmək lazım gəlməyəcək.

0