ÇL tarixində ilk yaşadı – PSJ
14.04.2021 - 09:00
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Bavariya” ilə PSJ arasında keçirilən cavab oyununda almanlar 1:0 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.
Apasport.az saytının məlumatına görə, ilk görüşdə səfərdə 3:2 hesablı qalibiyyət əldə edən Fransa çempionu məhz səfər qolları sayəsində yarımfinala adlayıb.
Bununla Çempionlar Liqası tarixində ilk dəfə mövcud çempion bir il əvvəl finalda üstələdiyi rəqibə pley-off mərhələsində məğlub olub.
Qeyd edək ki, PSJ-nin yarımfinaldakı rəqibi “Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi olacaq.
0
0