Canni De Byazi Bakıya gəldi - “Sabah” və  “Qəbələ” matçını izləyəcək
10.08.2020 - 15:20
Canni De Byazi Bakıya gəldi - “Sabah” və  “Qəbələ” matçını izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Apasport.az AFFA-nın saytına istinadən məlumat verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” -  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.