Çempionat oyunu təxirə düşdü – 19 yoluxma
05.03.2022 - 09:12
Almaniya Bundesliqasının “Mayns” – “Borussiya” (Dortmund) oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.
XXV turun sabah baş tutmalı olan oyunu ərəfəsində meydan sahiblərində kütləvi yoluxma baş verib. Komandanın 19 üzvünün testi müsbət nəticələnib.
Qeyd edək ki, görüş martın 16-na keçirilib.
0
0