Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real” səfərdə “Liverpul”la qolsuz bərabərə qalıb.
Apasport.az saytının məlumatına görə, “kral klubu” ilk görüşdəki 3:1 hesablı qələbə sayəsində yarımfinala adlayıb.
Madrid təmsilçisi tarixində 14-cü dəfə turnirin yarımfinalına qədər irəliləyib ki, bununla öz rekordunu yaxşılaşdırıb. Onun ən yaxın izləyicisi 12 dəfə bunu bacaran “Barselona” ilə “Bavariya”dır.
Zinəddin Zidanın yetirmələri bununla həm də 2017/18 mövsümündən sonra ilk dəfə yarımfinal iştirakçısı olub. Komanda Kriştianu Ronaldonun gedişindən bəri bunu həyata keçirə bilməmişdi.
Qeyd edək ki, “Real”ın final yolundakı rəqibi “Çelsi” olacaq.