İngiltərə millisinin sabiq futbolçusu Rio Ferdinand Çempionlar Liqasında favoritlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”dəki çıxışı ilə tanınan keçmiş müdafiəçi Premyer Liqa klublarını daha şanslı hesab edir.
O, turnirin son qalibi “Çelsi”ni favoritlər sırasında 4-cü yerdə göstərib: “Düşünürəm ki, “Çelsi” turnirin qalibi olmaq üçün dördüncü favoritdir. İngiltərənin digər komandaları “Mançester Siti” və “Liverpul” əsas favoritlərdir. Onlardan sonra üçüncü şanslı kimi “Bavariya”nı göstərərdim”.
Qeyd edək ki, adıçəkilən 4 klubla yanaşı, “Real”, “Atletiko”, “Vilyarreal” və “Benfika” Çempionlar Liqasında 1/4 finala yüksəlib.