Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
20.09.2019 - 14:41
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

APA-nın məlumatına görə, həftənin oyunçusu mükafatına “Zalsburq”un futbolçusu Erlinq Braut Haaland layiq görülüb.

19 yaşlı hücumçu UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Buna onun “Genk”lə qarşılaşmada het-trik etməsi rol oynayıb. Hücumçu bütün qolları ilk 45 dəqiqədə vurub.

Qeyd edək ki, “Zalsburq” ev oyununda 6:2 hesabı ilə qələbə qazanıb.