Çempionlar Liqasında ilk – tarixə düşdü
16.03.2022 - 10:05
“Atletiko” Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi ev oyunlarında qələbə qazanmadan 1/4 finala yüksələn ilk komanda olub.
Madridlilər qrupda “Porto” (0:0), “Liverpul” (2:3) və “Milan” (0:1), 1/8 finalda “Mançester Yunayted”i (1:1) qəbul edib. “Atletiko” bu görüşlərdə qalib gələ bilməsə də, Mançesterdəki 1:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Madrid klubuna qədər heç bir komanda ev qələbəsi olmadan bu qədər irəliləməyib.
0
0