Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda dörd cütü müəyyənləşdirib. Bu raundun iki cütündə İngiltərə və İspaniya klublarının iki dueli baş tutacaq. Son qalib “Çelsi” kuboku ən çox qazanan “Real”la üz-üzə gələcək. 1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.
Püşkatmada yarımfinalda qarşılaşacaq cütlər, həmçinin finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək.
Çempionlar Liqası
1/4 final
1. “Çelsi” (İngiltərə) - “Real” (İspaniya)
2. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (İspaniya)
3. “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)
4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
1/2 final
5. 2-ci cütün qalibi - 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi - 3-cü cütün qalibi
Final
7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi