Çempionlar Liqasının 16-cısı – Azərbaycan klubu
14.10.2020 - 15:53
Çempionlar Liqasının 16-cısı – Azərbaycan klubu

Futzal üzrə Çempionlar Liqasının iştirakçılarının tam siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən fərqli formatda təşkil olunacaq turnirdə 55 komanda mübarizə aparacaq.

46 klub noyabrın 24-29-da baş tutacaq ilkin mərhələdə qüvvəsini sınayacaq. Azərbaycan çempionu “Araz” da bu raundda yarışa qatılacaq. Əmsalı 6,999-a bərabər Naxçıvan klubu reytinqinə görə turnirin 16-cı komandasıdır.

9 komanda yarışa 1/16 finaldan başlayacaq. Bunlar “Barsa”, “İnter” (hər ikisi İspaniya), “Sportinq”, “Benfika” (hər ikisi Portuqaliya), “Kayrat”, “Aktobe” hər ikisi Qazaxıstan), “TTQ-Yuqra”, KPRF (hər ikisi Rusiya), “Doboveç” (Sloveniya) komandalarıdır. 1/16 final 2021-ci il yanvarın 12-17-də, 1/8 final fevralın 16-21-də, “Səkkizlər finalı” aprel-may aylarında baş tutacaq.
 

0