Çempionlar Liqasının qalibi müəyyənləşdi – Afrikada
28.11.2020 - 11:14
Afrika Çempionlar Liqasının 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada Mirisin iki komandası – “Zamalek”lə “Əl-Əhli” üz-üzə gəlib.
Qahirədə baş tutan görüşdə “Əl-Əhli” son dəqiqələrdə vurduğu qolla 2:1 hesablı qələbə qazanıb. Bununla Pitso Mosimanenin yetirmələri ÇL-in qalibi olub. 9-cu dəfə Afrika Çempionlar Liqasını qazanan komanda bu baxımdan öz rekordunu yeniləyib.
Qeyd edək ki, “Əl-Əhli” 1982, 1987, 2001, 2005, 2006, 2008, 2012 və 2013-cü ildə Afrika Çempionlar Liqasını qazanıb.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0