“Mənim Türkiyəyə səfərim şəxsi işlərimlə əlaqəli idi. Xahiş edirəm, məndən futbol sahəsi ilə bağlı heç nə soruşmayın”.
Apasport.az saytının məlumatına görə, bunu “sportinfo”ya “Neftçi” və “Keşlə”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.
Bu günlərdə Antalyaya yollanan və “Neftçi” ilə eyni oteldə məskunlaşan keçmiş funksioner bu sahədə işini davam etdirəcəyinə inamının qalmadığını bildirib: “Futbolda çalışan insanların əksəriyyəti insan cildinə girmiş şeytanlardır. Mən elə ola bilmərəm. Ona görə də kənarda qalmışam. Bu günə kimi kim mənə nə söz veribsə, aldanmışam. İndi-indi başa düşürəm ki, sən demə, kimlər mənim üzərimdən nə “oyunlar” oynayırlarmış. Vaxtında bunların heç birindən xəbərim olmayıb. Yalnız indi oturub özüm üçün hər şeyi analiz edirəm və görürəm ki, məndən necə istifadə olunub. Çox adamdan iyrənmirəm. Futbolda vəzifəsindən asılı olmayaraq, adamların əksəriyyəti yalançıdır. Buradakı dostlarım? Ötən ilin may ayından bu yana işləmirəm. Biri zəng edib soruşmur ki, neyləyirsən, ailəni necə dolandırırsan? Azərbaycanda guya neçə klub var ki? AFFA-ya lazım olsaydım, çoxdan işlə təmin edilmişdim. Belə çıxır ki, heç kimə lazım deyiləm”.