“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlının Premyer Liqada çıxış etdiyi nömrə dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, çempionat üçün 80 nömrə altında sifariş olunan gənc oyunçu bundan sonra “21” daşıyacaq.
Bu, İntizam Komitəsinin son iclasındakı cərimədən sonra gerçəkləşib. Avrokuboklar üçün 21, çempionat üçün 80 nömrə ilə sifariş olunan İsmayıl ilk turda “Neftçi”ni xərcə salıb.
“Qəbələ” ilə görüşə 80 əvəzinə 21 nömrə ilə çıxması bakılıların 800 manat cərimələnməsi ilə nəticələnib. Bundan sonra Bakı klubu futbolçunu həm Avropa, həm daxili arenada eyni nömrə daşımalı olduğu qənaətinə gəlib.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU