DÇ-2022-də yenilik – robot hakim
18.11.2020 - 09:33
DÇ-2022-də yenilik – robot hakim

FİFA dünya futboluna daha bir yenilik gətirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu robot köməkçi hakimlərin xidmətindən yararlanmağı planlaşdırır.

Qurum daha əvvəl “Liverpul”un qazandığı Klublararası Dünya Çempionatında bunu sınamışdı. VAR sistemində hətta ofsayd epizodlarının belə, müzakirəyə səbəb olması ucbatından FİFA bu problemin həllini robot laysmanlarda görür. 2021-ci ilin əvvəlindən bu texnologiyanın sınağına başlanılacaq.

Robot yan xətt hakimlərindən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında yararlanmağı düşünən futbol başbilənləri həmin andan etibarən bu sistemin bütün ölkələrə yayılmasına çalışacaq.

0
FİFA robot hakimlər dünya çempionatı