Daha bir oyun təxirə salındı - koronavirusa görə
08.07.2020 - 13:17
Daha bir oyun təxirə salındı - koronavirusa görə

ABŞ liqasında daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasının futbolçular arasında yayılmasıdır.

Daha bir neçə oyunçunun testlərinin nəticəsi müsbət çıxdığından, MLS-in "Naşvill" - "Çikaqo" görüşü iyulun 9-da baş tutmayacaq. Təşkilatçılar "Naşvill"in 5 futbolçusunda koronavirus infeksiyası aşkarlandığı üçün oyunun başqa tarixə keçirildiyini yayıb. "Dallas"la "Vankuver" arasındakı matç da birincilərin 6 oyunçusunun testinin müsbət nəticələnməsi səbəbindən bir neçə gün əvvəl təxirə salınıb.

Qeyd edək ki, MLS-də yeni mövsüm sabah koronavirus pandemiyası səbəbindən fərqli formatda start götürməlidir.