Daha bir yoluxma – A seriyası klubunda
17.10.2020 - 13:54
İtaliyanın “Parma” klubunun daha bir futbolçusu koronavirus infeksiyasına yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, götürülən son testin bir oyunçuda nəticəsi pozitiv çıxıb. Adı açıqlanmayan həmin futbolçu təcrid olunub. Bununla “Parma”da koronavirusa yoluxan oyunçu sayı 5-ə yüksəlib.
Qeyd edək ki, “Parma” A seriyasının IV turu çərçivəsində sabah səfərdə “Udineze” ilə qarşılaşacaq.
0
0