Almaniyanın “Şalke” klubu mövsümdə ilk qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, 6 oyundan sonra 2 xalla Bundesliqanın autsayderlərindən olan Helzenkirhen təmsilçisi ölkə kubokunda uğurla start götürüb.
“Şalke” 1/32 finalda aşağı dəstə təmsilçisi “Şvaynfyurt”la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, səfərdə oynayan Bundesliqa klubu rəqibini 4:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, 1/32 final mərhələsinin digər oyunları sentyabr-oktyabr aylarında keçirilib. “Şalke”nin 1/16 finaldakı rəqibi noyabrın 8-də baş tutacaq püşkatmada müəyyənləşəcək.
Almaniya kuboku
1/32 final
2 noyabr
“Şvaynfyurt” – “Şalke” – 1:4
Tomann, 37 – İbişeviç, 39, Şopf, 44, 81, Raman, 86
Darmadağın - “Şalke”dən
03.11.2020 - 22:52
0
0