Azərbaycan futzalının flaqmanı “Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri ilkin mərhələdə birinci oyununu keçirib.
Təmsilçimiz Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində baş tutan görüş “Araz-Naxçıvan”ın aşkar üstünlüyü ilə keçib. Naxçıvanlılar bu qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb – 9:2.
Qeyd edək ki, ilkin mərhələnin F qrupunun digər oyununda “Raba” (Latviya) ilə “Kampuksen Dinamo” (Finlandiya) qarşılaşacaq.
Çempionlar Liqası
İlkin mərhələ
F qrupu, I tur
21 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Europa” (Cəbəllütariq) – 9:2
Qollar: Diaz Qalyeqo, 4:13 (avtoqol), Rodriges, 5:07, 29:57, 39:11, Şocaei, 8:08, Bağırov, 10:52, Pereyra Qonçalves Dos Santos, 20:07, 38:'58, Atayev, 27:13 // Diaz, 33:54, 34:22
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU