“Qəbələ”nin Azərbaycan milli komandasındakı təmsilçilərinin sayı arta bilər.
Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Canni de Byazi açıqlayıb.
Bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirən italiyalı mütəxəssis bildirib ki, heyətindən yalnız bir futbolçunu milliyə çağırdığı bölgə klubunun digər üzvlərini də diqqətdə saxlayır: “Rövlan Muradovu mən çox qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma onu daha az tanıyıram. Həmçinin "Qəbələ"dən Murad Musayev də yaxşı mövsüm keçirir. Amma viza məsələsinə görə milliyə cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, milliyə yenidən çağırılacaq”.
Qeyd edək ki, “Qəbələ”ni yığmada qapıçı Nicat Mehbalıyev təmsil edir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq