Azərbaycan millisi sabah yoxlama xarakterli təlim-məşq toplanışına başlayacaq.
Apasport.az saytının məlumatına görə, üç gün ərzində 20 futbolçu hazırlıq keçəcək.
Baş məşqçi Canni de Byazi Konfrans Liqasında mübarizə aparan “Neftçi” və “Qarabağ”ın futbolçularının xidmətindən məhrumdur. Ölkə xaricində çıxış edən oyunçular isə FİFA qaydalarına uyğun şəkildə - rəsmi matçdan 4 gün əvvəl komandaya qoşula biləcək.
15-ə yaxın aparıcı futbolçunun yoxluğunda de Byazi Premyer Liqanın ilk iki turunu izləyərək 20 nəfərə dəvət göndərib. Onların ilk turlarda nə ilə diqqət çəkməsi maraqlıdır.
Çempionatın lideri “Sumqayıt” 7 futbolçu ilə toplanışda təmsil olunacaq. Bu komanda istənilən yerdə qərarlaşanda belə de Byazinin fikri dəyişmir və sumqayıtlılar yalnız “Qarabağ” üzvlərindən az olur.
Altı klubun hamısından (avrokubokda oynayanlarsız) futbolçu çağıran italiyalı autsayderləri də unutmayıb. Son pillədəki “Sabah” 4, “Keşlə” 3 üzvünü toplanışa göndərəcək. Autsayderin yalnız “Sumqayıt”dan geri qalması da diqqət çəkir. Görünür qola və xala həsrət komanda de Byazinin ürəyini oxşayan oyun sərgiləyib.
Ayrı-ayrı futbolçulara gəlincə, ilk turu buraxan Elvin Bədəlovdan başqa bütün oyunçular 2 matça çıxıb. Onlardan səkkizi hər iki görüşü əvəzolunmadan keçirib.
Milli üzvləri 5 qol vurub, 8 sarı, 1 qırmızı vərəqə alıb. Ən ağır cəza Şəhriyar Əliyevin payına düşür. Qapıçı Mehdi Cənnətov startda üç qol buraxıbsa, həmkarı Aydın Bayramov qapısını toxunulmaz saxlayıb.
|
Aydın Bayramov |
Sumqayıt |
5 dəq |
90 dəq |
|
Əli Qurbani |
Sumqayıt |
90 dəq |
90 dəq, 1 qol |
|
Elvin Bədəlov |
Sumqayıt |
- |
90 dəq |
|
Hoccət Haqqverdi |
Sumqayıt |
90 dəq, 1 sarı |
90 dəq |
|
Murad Xaçayev |
Sumqayıt |
(30) dəq |
68 dəq |
|
Rəhim Sadıxov |
Sumqayıt |
90 dəq, 2 qol, 1 sarı |
83 dəq |
|
Vüqar Mustafayev |
Sumqayıt |
90 dəq, 1 sarı |
90 dəq |
|
Rövlan Muradov |
Qəbələ |
90 dəq |
82 dəq |
|
Ülvi İsgəndərov |
Qəbələ |
(30) dəq, 1 qol |
(8) dəq |
|
Turan Manafov |
Səbail |
90 dəq |
85 dəq |
|
Mehdi Cənnətov |
Zirə |
90 dəq, -1 qol |
90 dəq, -2 qol |
|
Sərtan Taşkın |
Zirə |
90 dəq, 1 sarı |
90 dəq |
|
Təmkin Xəlilzadə |
Zirə |
90 dəq, 1 qol/pen |
90 dəq |
|
Azər Salahlı |
Keşlə |
90 dəq |
90 dəq, 1 sarı |
|
Rəhman Hacıyev |
Keşlə |
90 dəq |
62 dəq |
|
Şəhriyar Əliyev |
Keşlə |
90 dəq |
89 dəq, 1 sarı, 1 qırmızı |
|
Elvin Camalov |
Sabah |
90 dəq |
90 dəq |
|
Bəxtiyar Həsənalızadə |
Sabah |
90 dəq |
90 dəq, 1 sarı |
|
Amin Seydiyev |
Sabah |
(62) dəq, 1 sarı |
90 dəq, 1 sarı |
|
Coşqun Diniyev |
Sabah |
64 dəq |
71 dəq |
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU