Debüt matçının vaxtı bilindi – Məsut Özilin
21.01.2021 - 09:29
Debüt matçının vaxtı bilindi – Məsut Özilin

Türkiyənin “Fənərbaxça” klubunun yeni transferi Məsut Özilin debüt edəcəyi oyun bəlli olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun yanvarın 30-da ilk rəsmi oyununa çıxması gözlənilir.

33 yaşlı pleymeyker növbəti həftənin ilk günündən etibarən yeni komandasında məşqlərə qatılacaq. Baş məşqçi Erol Bulut Super Liqanın XXII turu çərçivəsində yanvarın 30-da “Rizəspor”la ev oyununda Özilə şans verməyi planlaşdırır.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça”ya İngiltərə klubu “Arsenal”dan keçib.