Dembelenin nömrəsi yeni transferə verildi
02.02.2022 - 22:23
Dembelenin nömrəsi yeni transferə verildi

“Barselona”nın yeni transferi Adama Traorenin yeni komandasında geyinəcəyi forma nömrəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, rəhbərlik akademiyanın yetirməsinə 11 nömrəni həvalə edib.

26 yaşlı vingerə yeni müqavilə imzalamadığı üçün əsas komandadan uzaqlaşdırılan Usman Dembelenin nömrəsi verilib.

Qeyd edək ki, “Barselona” Adama Traoreni mövsümün sonuna qədər “Vulverhempton”dan icarəyə götürüb.