Dembeleyə 2 illik müqavilə təklifi
03.03.2022 - 23:23
“Barselona” yenidən yarımmüdafiəçisi Usman Dembele ilə müqaviləni uzatmaq niyyətinə düşüb.
Apasport.az saytının məlumatına görə, fransalı futbolçunun son vaxtlardakı davranışı və oyunlardakı yüksək performansı rəhbərliyin fikrinə təsir edib.
La Liqa təmsilçisi hücumameylli oyunçuya 2 illik sözləşmə təklif edib. Demeble razılaşsa, illik qazancı 8 milyon avro təşkil edəcək. Müqaviləyə bonus da daxildir.
Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Usman Dembele bu mövsüm La Liqada 9 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.
0
0