Derbini buraxa bilər - Salah
19.06.2020 - 17:27
“Liverpul” İngiltərə Premyer Liqasının bərpasından sonra keçirəcəyi ilk oyuna itkilərlə çıxa bilər.
Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın liderlərindən olan Məhəmməd Salah XXX turda “Everton”la səfər qarşılaşmasını buraxmaq təhlükəsi ilə üzləşib.
Onunla yanaşı, cinah müdafiəçisi Endi Robertsonun da Liverpul derbisində iştirakı sual altındadır. Hər iki oyunçunun fiziki durumunun qaydasında olmaması baş məşqçi Yurgen Kloppu narahat edir.
Qeyd edək ki, “Everton” – “Liverpul” görüşü iyunun 21-də keçiriləcək.
0
0