Desayini geridə qoydu, Anriyə yaxınlaşdı - Lyoris
12.10.2020 - 00:09
Desayini geridə qoydu, Anriyə yaxınlaşdı - Lyoris

Fransa yığmasının kapitanı Uqo Lyoris Millətlər Liqasında Portuqaliya ilə hazırda davam edən oyunda start heyətində yer alıb.
 
Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper 117-ci dəfə fransızların heyətində meydana çıxıb.
 
Bununla o, Marsel Desayini keçərək, Fransanın heyətində ən çox oyun keçirən 3-cü oyunçu ünvanına yiyələnib. Lyoris indi yalnız Tyerri Anri (123 oyun) və Lilian Türamdan (142) geri qalır.
 
Həmçinin Zinəddin Zidan (108), Patrik Vieyra (107), Didye Deşam (103) və Olivye Jiru (101) “üçrənglilər”in heyətində 100-dən çox matçda meydana çıxıb.

0