La Liqanın “Real”la oyunu ərəfəsində “Barselona” itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la cavab oyununda (2:1) İspaniya klubunun iki futbolçusu zədələnib.
56-cı dəqiqədə xəsarət aldığı üçün əvəzlənən Serjinyo Dest bir neçə həftə meydanlardan kənar qalacaq. Sağ cinah müdafiəçisi “Real”la həftəsonu baş tutacaq görüşündə iştirak edə bilməyəcək.
Jerar Pike isə 81-ci dəqiqədə zədə üzündən əvəzlənib. 35 yaşlı mərkəz müdafiəçisinin La Liqanın XXIX turu çərçivəsindəki “El-Klasiko”dakı iştirakı sual altındadır.
Qeyd edək ki, “Barselona” və “Real” arasında “Santyaqo Bernabeu”dakı matç martın 20-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.