Donald Gerye "Neftçi"də
05.09.2019 - 21:08
"Neftçi” daha bir transferini rəsmiləşdirib.
APA-nın məlumatına görə, haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb.
30 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 77 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qarabağ” (2017-2019) olan D.Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0