Dövrəni bitirdi – 5 futbolçu
19.10.2020 - 09:19
Azərbaycan Premyer Liqasında VI tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, keçirilən 4 oyundan sonra 5 futbolçu cəzalı duruma düşüb.
Bu oyunçular I dövrəni başa vurub. Onlar dövrənin sonuncu turunu – VII turu buraxmalı olacaq.
Onlardan üçü qırmızı vərəqə üzündən cəzalı duruma düşüb. Bunlar Mamadu Kane (Neftçi), Kərim Diniyev (Zirə) və Adil Nağıyevdir (Səbail).
İki futbolçu isə mövsümdə 4-cü sarı vərəqəsini aldığı üçün dövrəni bitirib. Bunlar Vüqar Mustafayevlə (Sumqayıt) Şəhriyar Rəhimovdur (Zirə).
0
0