Dünya Kuboku Bakıda keçiriləcək - 2021-ci ildə
04.09.2020 - 09:33
Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021-2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını təsdiqləyib.
Apasport.az saytının məlumatına görə, ISSF İcraiyyə Komitəsinin iclasında eyni zamanda 2021-ci ilin yarış təqvimi müəyyənləşib.
2021-ci il oktyabrın ikinci yarısında keçiriləcək stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku Bakıya verilib. Həmin yarışda olimpiya növləri üzrə ən yaxşı 12 idmançının iştirakı planlaşdırılır.
0
0