Elvin Yunuszadə “Çelik"dən ayrılacaq - prezident möhürü götürərək gizlənib
29.04.2020 - 14:13
Elvin Yunuszadə “Çelik"dən ayrılacaq - prezident möhürü götürərək gizlənib

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadənin qış transfer dövründə müqavilə bağladığı Bosniya və Herseqovinanın "Çelik" klubunun prezidenti Aydın Olgun istefa verib. 

Apasport.az saytının məlumatına görə, türk əsilli funksioner klubun möhürünü və maliyyə sənədlərini özü ilə aparıb.

Bunu prezidentin səlahiyyətlərini icra edən Dəmir Bradarak açıqlayıb. Zenitsa şəhərinin meri Fuad Kasumoviç Bradarakı klubun bu kritik vəziyyətdə yaşaması üçün hər şeyi edəcəyinə inandırıb. Fakt budur ki, "Çelik" ölkənin vergi xidmətinə böyük bir məbləğdə borc yığıb. Bu səbəbdən Zenitsa klubu qış transfer "pəncərəsi"ndə yeni oyunçularını, o cümlədən Yunuszadəni sifariş edə bilməyib.
 
27 yaşlı azərbaycanlı müdafiəçi isə gözləmə mövqeyi tutduğunu söyləyib: “Çelik"də işlərin necə getdiyini zaman keçdikcə görəcəyik. Hələ hadisələrin inkişafını gözləyirəm".

"Çelik"in böyük bir borcu olduğunu nəzərə alsaq, klub çox güman ki, maddi vəziyyətini əlavə yüklə ağırlaşdırmağı istəməyərək, Elvin də daxil olmaqla yeni futbolçularla olan müqavilələrinə xitam verəcək (sport24.az).
 

0
Elvin Yunuszadə Çelik