Elxan Məmmədovdan AFFA-da növbədənkənar hesabat-seçki konfransı ilə bağlı açıqlama
01.03.2022 - 13:46
Elxan Məmmədovdan AFFA-da növbədənkənar hesabat-seçki konfransı ilə bağlı açıqlama

AFFA-da növbədənkənar hesabat-seçki konfransının keçirilməyəcək.

Bu barədə məlumatı apasport.az saytına qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov verib.

O bildirib ki, assosiasiyanın prezidenti Rövnəq Abdullayevin SOCAR-dan ayrılması AFFA-da növbədənkənar hesabat-seçki konfransının keçirilməsinə səbəb olmayacaq: “Bizdə bu ilin əvvəlində hesabat konfransı olub, müvafiq qaydada hesabatlar ictimaiyyətə təqdim edilib. Heç bir konfrans gözlənilmir”.

Qeyd edək ki, Abdullayev 2008-ci ilin martında AFFA-nın prezidenti seçilib. 2012-ci, 2016-cı və 2020-ci illərdə də bu vəzifəyə seçilən funksionerin səlahiyyət müddəti 2024-cü ildə başa çatacaq. O, fevralın 10-da SOCAR-ın prezidenti vəzifəsindən azad olunub.
 

0