Emil Balayevin “Turan”a keçidi rəsmiləşdi
04.03.2022 - 15:20
Emil Balayevin “Turan”a keçidi rəsmiləşdi

Azərbaycan millisinin qapıçısı Emil Balayevin “Turan”a keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, Qazaxıstan klubu “Qarabağ”dan yenicə ayrılan 28 yaşlı qolkiperlə müqavilə imzalandığını instaqram hesabı vasitəsilə açıqlayıb.

Sözləşməsinin detalları barədə heç bir məlumat verilməsə də, Emilin yeni komandasında 22 nömrəli formanı geyinəcəyi bildirilib.