Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, həmin ölkədə tanınan erməni mütəxəssis Qriqori Babayandır.
Qazaxıstan vətəndaşı olan 39 yaşlı bu mütəxəssis 2013-cü ildən "Astana"da işləyib, Roman Qriqorçukun köməkçisi olub. Babayan "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi ötən ilin payızında şəxsi işləriylə əlaqədar kənarda qaldığı müddətdə isə baş məşqçi əvəzi olub. O, bu ilin aprelində "Astana"dan qovulub.
Qeyd edək ki, "Tobol"da Balayevi ötən qış fasiləsində transfer edən rusiyalı mütəxəssis Vladimir Qazzayevi istefaya göndəriləndən sonra baş məşqçi əvəzi qazaxıstanlı Nurbol Jumaskaliyev olub. Komamda onun rəhbərliyi altında çempionatı 4-cü yerdə başa vurub. Emilin Kostanay klubuyla hələ 1 illik müqaviləsi var (football24.az).
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ