Eriksenin qiymətini müəyyənləşdirdi – “İnter”
20.10.2020 - 00:23
Eriksenin qiymətini müəyyənləşdirdi – “İnter”

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Kristian Eriksen yenidən komandasını dəyişməyə hazırlaşır.
 
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Danimarka millisinin üzvünü satmağı planlaşdırır.
 
“Neradzurra” onun keçidinə xərclədiyi 20 milyon avroluq məbləği geri qaytarmaq üçün ulduz futbolçunu məhz bu qiymətə satmağa razıdır. Eriksen üçün artıq 2 təklif gəlib. Fransa çempionu PSJ və İngiltərə klubu “Mançester Yunayted” 28 yaşlı pleymeykeri yanvarda heyətinə qatmağa çalışacaq.
 
Qeyd edək ki, “İnter” Erikseni bu ilin əvvəlində İngiltərə klubu “Tottenhem”dən transfer edib.

0