Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub - MN
18.10.2020 - 13:51
Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub - MN

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.