Evdə heç-heçəyə sevindi – Azərbaycanla oyunöncəsi
07.10.2020 - 21:56
Monteneqro yığması Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla oyunöncəsi yoldaşlıq görüşü keçirib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Faruk Hadzibekiç yetirmələrini Latviya ilə matçda sınayıb.
Podqoritsada baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. İqor Tarasovun 26-cı dəqiqədə vurduğu qol qonaqları önə keçirsə də, Monteneqronun heyətində İqor İvanoviç 90+1-ci dəqiqədə status-kvonu bərpa edib.
Qeyd edək ki, C liqasının 1-ci qrupuna 6 xalla başçılıq edən Monteneqro yığması oktyabrın 10-da Azərbaycan, 13-də isə Lüksemburqu qəbul edəcək.
0
0