FIDE-dən Rusiya və Belarusa SANKSİYA
16.03.2022 - 14:55
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya və Belarus yığmalarına qurumun himayəsi altında keçirilən şahmat turnirlərində iştirakını qadağan edib.
Apasport.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya və Belarus qrossmeysterləri qurumun fərdi turnirlərində neytral statusda - milli simvollar olmadan iştirak edə bilərlər.
Qeyd edək ki, FIFA da daxil olmaqla əksər idman təşkilatları Ukraynadakı hərbi gərginliklə əlaqədar Rusiya və Belarus komandalarına sanksiyalar tətbiq edib.
0
0