FİGC və UEFA-nı ittiham etdi – “Latsio”nun prezidenti
26.11.2020 - 14:17
İtaliyanın “Latsio” klubunun prezidenti Klaudio Lotito İtaliya Futbol Federasiyası (FİGC) və UEFA barədə sərt fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri adıçəkilən qurumları ittiham edib.
O, FİGC və UEFA-nı Roma klubuna qarşı sui-qəsd etməkdə günahlandırıb. Daha əvvəl “Latsio”nun koronavirusa yoluxmuş futbolçularının adlarını yuxarı orqanlara açıqlamaması səbəbindən ciddi problemlərlə üzləşə biləcəyi deyib.
Tibbi qaydaların pozulması ilə bağlı istintaq da başladılıb.
0
0