Fil qayıdır – “Mançester Yunayted”də
02.02.2021 - 00:15
İngiltərənin “Mançester Yunayted” klubu iştirak ərizəsində dəyişiklik edəcək.
Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Ole-Qunnar Sulşer açıqlayıb.
O bildirib ki, müdafiəçi Fil Cons komandanın iştirak ərizəsinə əlavə olunacaq. Arxa xətt oyunçusu mövsümün ikinci yarısında Mançester təmsilçisinə kömək edə biləcək.
2020-ci ilin yanvarından sonra zədə səbəbindən meydanlardan kənar qalan Fil əməliyyatdan sonra bərpa olunmaqdadır. 28 yaşlı futbolçunun yaxın müddətdə meydanlara dönəcəyi gözlənilir.
0
0