Azərbaycan kubokunun 2020/21 mövsümündə bombardirlər yarışında yeni lider müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə”nin qapısından üç top keçirərək qol sayını 4-ə çatdırıb.
Bununla da paraqvaylı hərəyə 2 qol vuran ən yaxın izləyicilərindən uzaqlaşıb. Sezar son üç mövsümdə ilk oyunçudur ki, kubokda 3-dən çox qol vurur.
Buna nail olan son futbolçu Filip Ozobiç idi. 2017/18 mövsümündə “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 4 dəfə fərqlənmişdi. Həmin vaxtdan kubokda bu qədər qol vuran olmamışdı.
Amma kubokun tarixində mövsümə 9-10, hətta 12 top vurana da təsadüf edilib. Rekordçuları təqdim edirik:
1. Paşa Əliyev – 12 qol (2000/01, “Dinamo-Bakılı”)
2. Ramin Nəsibov – 10 qol (2003/04, “Şəfa”)
3-6. Ələddin Abbasov – 9 qol (1995/96, “Şəmkir”)
Müşfiq Hüseynov – 9 qol (1997/98, “Qarabağ”)
Viktor İqbekoyi – 9 qol (2006/07, “Turan”)
Vladimir Mazyar – 9 qol (2008/09, “Simurq”)