Florensi ilə razılaşdı – “Milan”
17.08.2021 - 11:02
İtaliyanın “Milan” klubu heyətinə yeni müdafiəçi qatacaq.
Apasport.az saytının məlumatına görə, Alessandro Florensi ilə razılıq əldə olunub.
“Roma”nın 30 yaşlı futbolçusu ötən mövsümdə PSJ-də icarədə olub. “Rossonyeri” onu sonradan 3,5-4 milyona avroya almaq şərti ilə 1 illik icarəyə götürmək niyyətindədir. Qarşıdakı bir il üçün “Roma”ya 1 milyon ödəniləcək. Futbolçuya digər təkliflər olsa da, o, seçimini “Milan”ın üzərində saxlayıb.
0
0