“Səbail”in yeni transferi Florian Kadriu klubun rəsmi saytına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, iddialı fikirlər səsləndirən 24 yaşlı şimali makedoniyalı hücumçu qolları ilə azarkeşləri sevindirəcəyini söyləyib.
- “Səbail”lə müqavilə bağladığınız üçün hansı hissləri keçirirsiz?
- Mənə inandığına görə, kluba təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
- “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqası barədə hansı məlumata malik idiz?
- Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu demişdilər.
- Öz oyun tərzinizi necə təsvir edə bilərsiz?
- Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
- Yaxınlarınız sizi necə çağırır?
- Landi.
- Yeni mövsüm avqustun 21-də start götürür. Həm şəxsi, həm də komandadan gözləntiləriniz nələrdir?
- İnanıram ki, mövsümə qələbələrlə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
- “Səbail”in azarkeşlərinə ismarıcınız nədir?
- Azarkeşlərə mesajım odur ki, onları məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Onların dəstəyi çox vacibdir, komanda üçün 12-ci oyunçudurlar. Azarkeşsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunumla onlara zövq yaşatmağa çalışacağam. Azarkeşlərə görə hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.